QARALTMAQ

f.
1. Qara rəngə boyamaq, bulamaq; qara etmək. Saçlarını qaraltmaq. Üst-başını qaraltmaq. Lampanın hisi şüşəni qaraltdı.
2. Pozmaq, üstündən xətt çəkmək.
Arvad qiyamət qoparıb öz adını qaraltdı. Mir Cəlal.

3. məc. dan. Üzdən, başdansovma belləmək, təpmək.
Ağarza fikirləşirdi ki, olubkeçəni yaddan çıxarsın, dağların döşünü bel, kərki ilə qaraldıb bir-iki batman arpa səpməklə güzəran keçirsin… Mir Cəlal.

QARALTMA
QARAMA

Digər lüğətlərdə