QARMAQVARİ

sif. Qarmağa oxşayan, qarmaq kimi əyri.
Ənqa quşunun … çatma qaşları vardı, amma qarmaqvari dimdiyi qartal dimdiyini andırırdı və dörd qanadı ilə caynaqlı iki əli fantastik görkəmini tamamlayırdı. Ə.Məmmədxanlı.

QARMAQŞƏKİLLİ
QARMALAMA
OBASTAN VİKİ
Qarmaqvari meşələri
Qarmaqvari şam meşələri (Pinus sosnowskyi D. Sosn.) — Şam meşələri respublikamızda olduqca cüzi sahə tutub ümumi meşələrimizin yarım faizini belə təşkil etmir. Dünya miqyasında isə şam iynəyarpaqlı meşələrin ən geniş yayılan nümayəndəsidir. Şamın 100-ə qədər növü məlumdur. Qarmaqvari, Sosnovski və ya Qafqaz şamı — Pinus sosnowskyi. Boyu 20–35 m-ə çatan dəyirmi və ya piramida çətirli ağacdır. Böyük Qafqazın cənub yamacında qarmaqvari şam Filizçay (Balakənçayın qolu) hövzəsində dəniz səthindən 800–1000 m yüksəklikdə bitir. Burada 10 hektara yaxın sahədə olan şam ağacları qayalı aşırımları və dik, çılpaq qayalıqları tutur. Bizim fikrimizcə, Filizçaydakı şamlar buzlaq dövründən bizə qalan yadıgarlardır. Belə dik qayalı yamaclarda şamları əhatə edən və tək-tək ona qarışan enliyarpaq ağac cinsləri (fıstıq, vələs) şamla rəqabətə girə bilmir, belə şəraitdə pioner ağac cinsi sayılan şam mübarizədə qalib gəlir. Belə şəraitdə şam meşələri seyrək bitir, burada ot örtüyü də zəif inkişaf edir.

Digər lüğətlərdə