QAYĞILI

sif.
1. Qayğısı olan, qayğı çəkən. Qayğılı ana. – Qayğılıya söhbət haramdır. ( Ata. sözü ).
// Qayğıkeş.
Sevən həm qayğılı, həm də qayğısız; Sevin – səninkidir bu boyda aləm. M.Araz.

2. Qəmli, kədərli, qüssəli, fikirli.
Səfasız sufi daim qayğuludur. Nəsimi.
Saqiya, cam tut ol aşiqə, kim qayğuludur; Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur. Füzuli.
Qəmlidir günlərimiz, qayğuludur; Dərd ilə həp dirliyimiz doludur. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAYĞILI qəmli — kədərli — qüssəli — fikirli
  • QAYĞILI qeydkeş
  • QAYĞILI qayğılı bax qəmli
QAYĞIKEŞLİK
QAYĞISIZ

Digər lüğətlərdə