QOÇAQ

sif. İgid, şücaətli, rəşadətli, qorxmaz; mərd.
[Heydər bəy:] …Handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə.
Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? C.Məmmədquluzadə.

// Zirək, bacarıqlı, dilavər.
[Ahıl qadın:] …Cahan hər işi düzəldir, qoçaq arvaddır. Ə.Haqverdiyev.

// İs. mənasında.
Zülməti-şəbdə qızarır dan yeri; Haydı, qoçaq, haydı igid, qoş, yeri! A.Səhhət.
Vətən oğlu, el qoçağı Bəxtiyar! Sənə ölməz igid desəm, yeri var. R.Rza.

// Nida yerində.
Ay qoçaq! Ay qoçağım! – [Ağa Kərim xan:] Bərəkallah, qoçağım Rəhim, afərin! N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOÇAQ qoçaq bax l. igid; 2. zirək, bacarıqlı
  • QOÇAQ zirək — bacarıqlı — dilavər
  • QOÇAQ igid — şücaətli — rəşadətli — qorxmaz — mərd

Antonimlər (əks mənalı sözlər)

  • QOÇAQ QOÇAQ – QORXAQ Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? (C.Məmmədquluzadə); Mən qorxaq sandığım adamları utandırmaq üçün kartof-soğan soymağa mətbəxə

Etimologiya

  • QOÇAQ Ehtimal olunur ki, qoç, qoçu sözləri ilə qohumdur. “Qoç” sözünün “igid” mə­na­sı da qeydə alınıb. Qoç sözündən qoçamaq feili, ondan isə qoçaq sifəri ə
QOÇ
QOÇAQCASINA

Digər lüğətlərdə