QOHUM-QARDAŞ

top. Qohumlar, əqrəba.
Kimim vardır qohum-qardaş el olsun; Qərib öldüm, bikəs öldüm, yad öldüm. M.V.Vidadi.
Bütün qohum-qardaş başına toplanmış olduğu halda, … [Günəşin] qəlbi açılmır, üzü gülmürdü. A.Şaiq.
Cümə günü gecə Hacı Abtalıb qohum-qardaşını başına cəm eləyib, xəlfə Hacı Haşımı çağırıb, aynanı onun əlinə verir və xonça əllərində yola düşürlər. H.Sarabski.

QOHUM-ƏQRƏBA
QOHUM-QONŞU

Digər lüğətlərdə