1. Birləşdirmək, bitişdirmək. Çayın qollarını qovuşdurmaq.
– Firəngistanın və ingilisin dövlətli kəsləri iki icma bina ediblər ki, [La-Manşın] altında bir dəmiryol saldırıb, məzkur məmləkətləri qovuşdursunlar. “ ”.
Cinsi hibridləşdirmə dedikdə, iki müxtəlif orqanizmin [bitki və ya heyvan] cinsi hüceyrələrini qovuşdurub mayalanması yolu ilə hibrid almaq nəzərdə tutulur.
2. Görüşdürmək, birləşdirmək.
[Xanpəri:] Muğanlı Səfərəli qızını sevgilisinə qovuşdurmadımı?
Bu yanan sinəmi ovuşdurram; Başqa bir sinəyə qovuşdurram.