1. Bərk qabıqlı, qoşa ləpəli bir meyvə. Qoz ləpəsi.
– Teyibə evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirirdi.
// Bu meyvənin ağacı. Qoz ağacından əla mebel hazırlanır.
– Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı.
2. dan. Qoza oxşayan şiş, ur, çıxıq. Alnından qoz çıxıb.
◊ Qoz qabığına girmək – qorxudan qaçıb özünə bir sığınacaq tapmaq, qorxudan qaçıb gizlənmək.
Qoz qabığına salmaq (soxmaq) – çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq.
Qoz-qoz oynamaq – bəhsləşmək, dikbaşlıq etmək.
[Xasməmməd:] Ancaq bir şərtlə ki, o … bizimlə qoz-qoz oynamasın.
Qozunun üstünə qoz qoymaq – dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək.