QULYABANI

is.
1. Xurafatçıların təsəvvürüncə guya tənha çöllərdə, qalın meşələrdə tək qaldıqda adamın gözünə görünən mövhum bir vücud.
Əsəd başını yelləyib xortdanın uzun olduğunu təsdiq etdi: – Gördünüzmü, süpürgəsaqqal deyil, qulyabanıdır. B.Talıblı.

2. dan. Çox çirkin, bədheybət, qorxunc görünüşlü adam haqqında. O lap qulyabanıya oxşayır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QULYABANI QULYABANI (guya təklikdə adamın gözünə görünən vücud, xəyal) [Şərəfnisə:] Ağlama... ağlama. Görmürsən div gəlib, qulyabanı gəlib bibivü, xalan qızını
QULUNLU
QUM
OBASTAN VİKİ
Qulyabanı
Qulyabanı — Azərbaycan mifologiyasında vəhşi heyvan, fövqəladə, yırtıcı canlı, tüklü varlıq. Bəzi nağıllarda Tüklücə adlandırılır. Türk mədəniyyətində Quyux (Güyük) və ya Azman olaraq da bəhs edilər. Müxtəlif formalarda təsvir olunur. Çox vaxt hər cür qeyri-adi və yırtıcı varlığı ifadə etməkdə istifadə edilər. Quyux, vəhşi varlıq deməkdir. Ən məşhur təsvirə görə qaranlıqda çöllərdə və qəbiristanlıqlarda ortaya çıxır. Bədəni sarı qırmızı tüklə örtülü, pis qoxuludur. Çox iridir. Gündüzləri yeraltına və ya məzara girə bilər.

Digər lüğətlərdə