QUŞQONMAZ₁

sif. Çox uca, çox yüksək. Quşqonmaz dağlar.
– Quşqonmaz qayalar vermiş baş-başa; Xəyalım az qalıb oynayıb coşa. S.Vurğun.
…Qəsr-qala … Terekin sol sahilində quşqonmaz qayaların zirvəsində tikilmişdir. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QUŞQONMAZ uca — yüksək

Etimologiya

  • QUŞQONMAZ Elə tikanları var ki, quşu qonmağa qoymur, bitki adıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QUŞQONMAZ₂
QUŞQULANMAQ
OBASTAN VİKİ
Quşqonmaz
Quşqonmaz (lat. Filipendula) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Alipendula Neck. Thecanisia Raf. Ulmaria Mill. == Növləri == Filipendula angustiloba (Turcz. ex Fisch. & C.A.Mey.) Maxim. Filipendula auriculata (Ohwi) Kitam. Filipendula camtschatica (Pall.) Maxim.
Adi quşqonmaz
Adi quşqonmaz (lat. Filipendula vulgaris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü. == Ümumi məlumat == Hündürlüyü 30-60 sm, gövdəsi sadə, düz, çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kökyumrusu şəklində qalınlaşmış köklərdir. Yarpaqları neştərvari-xətlidir, çoxsaylı, daha iri uzunsov, dərin kəsilmiş və dişli yarpaqcıqlı və onlar arasında oturmuş cüt xırda yarpaqcıqlıdır; bütün yarpaqcıqlar üst tərəfdən çılpaq, alt tərəfdən isə damar boyu tüklüdür. Çiçəkləri çoxçiçəkli süpürgədə toplanmışdır. Ləçək və kasa yarpaqları 6 ədəddir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir,uzunluğu 6 mm-ə yaxındır,əksinəyumurtaşəkillidir. May-iyun aylarında çiçəkləyir. Meyvələri 9-12 ədəd, düz, oturaq və tüklüdür.
Altıləçək quşqonmaz

Altılәçәk quşqonmaz
Qarağacyarpaq quşqonmaz
Qarağacyarpaq quşqonmaz (lat. Filipendula ulmaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü. == Arealı == Avropanın əksər ərazilərində, Qərbi və Mərkəzi Sibirdə, Qafqazda yayılmışdır. == Botaniki xarakteristikası == Kökümsovlu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kök sistemi saçaqlı, nazik, incə sapaoxşar olmaqla, kök yumruları qalınlaşmışdır. Yarpaqları kəsik-kəsik, lələkvari 2-3(5) hissəyə bölünməklə, neştərvari, kənar seqmentləri mişarabənzər, yuxarı hissəsi yaşıl, aşağı hissəsi ağımtıldan keçəvari tükcüyə qədər dəyişir. Çiçəkləri sarımtıl-ağ, ətirli, süpürgəvarı çiçəkqrupunda cəmləşmişdir. Meyvələri çoxyarpaqlı 6-10-a qədər olub, yapaqları burulan spiralşəkillidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir. Çaybasar çəmənliklərdə, nəmişlik, rütublətli yerlərdə, bataqlıqlarda, çay sahillərində, doğranmış, kəsilmiş meşələrdə, orta dərəcəli kolluqlarda yaşayır.
Quşqonmazkimilər
Quşqonmazçiçəklilər
Qulançarçiçəklilər (lat. Asparagales) — bitkilər aləminə aid bitki dəstəsi. Sıraya daxil olan növ sayı bütün birləpəlilərin təxminən 50%-ni, çiçəkli bitkilərin isə 10–15%-ni təşkil edir. == Təsvir == Dəstədəki növlərin əksəriyyəti hündürlüyü 15 santimetrdən çox olmayan ot bitkiləri olsa da, onlar arasında dırmaşan növlər (məsələn, qulançarın bəzi növləri), eləcə də ağac əmələ gətirən, hündürülüyü 10 metrə çata bilən bir neçə cins (məs. aqava, yukka, drasena, əzvay) də var. Bir neçə fəsilədə sukkulent cins (məs. Əzvay) mövcuddur.

Digər lüğətlərdə