1. Qan rəngli; al. Qırmızı boya. Qırmızı şərab.
– Gəlin ağlayır; gözlərinin yaşları od kimi tökülüb, qırmızı yanaqlarını dağlayır.
…Zəhra xala stol qoyub, üstünə qırmızı örtük salmışdı.
Günəşli günlərdə yerlərə səpilmiş yaşıl, qırmızı, sarı yarpaqlarla … döşənmiş kimi görünən meşə indi tutqun, bozumtul bir rəng almışdı.
2. məc. Gözəllik, parlaqlıq, aydınlıq, fərəh doğuran şey mənasında.
Yox olar qar, boran, günəş də doğar; Yetişər qırmızı, sevimli bahar.
3. bax qızıl 3-cü mənada.
□ Qırmızı qvardiya – bax qvardiya.
// İs.
mənasında, yalnız cəm şəklində: qırmızılar tar. – inqilabçılar, kommunistlər, inqilabi qoşunlar.
Kremlin, o indi də qırmızılar oynağı; Neronların Roması yanında heçdir belə…
4. məc. Nəzakətsizlik dərəcəsində açıq; açıq danışan, sözü üzə deyən.
Telli qırmızı (z.) danışmağı sevirdi.
// Tamamilə açıq, açıq-aydın, kobudcasına.
…Əgər baxıb görsən ki, bu cürə qırmızı yalançılığı zarafata salıb gülürlər, onda bəd olmaz ki, biz də işimizi irəli aparmaq üçün o cürə “hileyi-siyasi”lərə əl ataq.
5. Bəzi mürəkkəb terminlərin birinci tərkib hissəsi; məs.: qırmızı turp, qırmızı üskükotu, qırmızı şüalar.
◊ Qırmızı ağac – qiymətli mebel və s. üçün istifadə edilən bəzi ağacların, xüsusilə tropik ağacların oduncağı. Qırmızı ağacdan qayrılmış mebel.
Qırmızı guşə – bax guşə.
Qırmızı lövhə – bax lövhə.
Qırmızı yumurta bayramı – bax qızıl.