Bir az yaxşı dinlə, hey qıya bir bax; Dördnala gəlirlər, atlar çaparaq.
□ Qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək – qışqırmaq, bağırmaq, səsləmək, nərə çəkmək.
Durnalar düzüləndə; Qıy vurub süzüləndə; Düşmən murada yetər; Əl əldən üzüləndə. ( ).
Səssiz keçən günlərimlə vidalaşaraq; Haray çəkib, qıy qoparıb çöllər dolanır.
[Qaraca çoban] bağıryaran bir səslə qıy vurub irəli şığıdı. İki qardaşı da gəlib ona qoşuldular.
◊ Qıya baxmaq – qıyğacı baxmaq.
Qəsdin aşıq canın almaqdı əgər; Göz ucilə qıya baxmağın yetər.
Bir şux qıya baxdı, huş aldı sərdən; O cadu gözlərdə, bir əməl gördüm.
Qıya baxdın, məni saldın firqətə; Səni görsəm dərdim azalı, Gülü!