QIZIŞMAQ

f.
1. Qızmaq, istiləşmək, hərarətlənmək; canı qızmaq, bədənində xoş bir istilik hiss etmək, soyuqluğu rəf olmaq. Soyuqdan donmuş bədənim qızışdı. Havalar qızışmışdı.
– Cəbiş danışmaqla öz-özünə sığınır, bədənini qızdırır, onun paltarı da qızışır, içəridən buğlanırdı. S.Rəhimov.
Sadıq dalbadal bir neçə stəkan tünd çay içib qızışdı, rahatlandı. Mir Cəlal.

2. Daha da şiddətlənmək, güclənmək. Yanğın qızışaraq ətrafa yayıldı.
– Mübahisə getdikcə daha da qızışır. S.S.Axundov.
Dostlar arasında başlanmış mübahisə hər an qızışırdı. M.Hüseyn.

3. məc. Özündən çıxmaq, hirslənmək, qızmaq, acığı tutmaq.
Səlimi danışdıqca qızışır və geri dönmək mümkün olmadığını görüb … heç şeydən qorxmadan düşündüyünü deyirdi. M.İbrahimov.
Xan büsbütün qızışıb qəzəblə bağırdı. M.Rzaquluzadə.

4. Qıcqırmaq, çox qalıb turşumaq, xarab olmaq (sirkə və s.).

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIZIŞMAQ istilənmək — hərarətlənmək
  • QIZIŞMAQ şiddətlənmək — güclənmək
  • QIZIŞMAQ hirslənmək — əsəbiləşmək

Antonimlər (əks mənalı sözlər)

  • QIZIŞMAQ QIZIŞMAQ – SAKİTLƏŞMƏK Xan büsbütün qızışıb qəzəblə bağırdı (M.Rzaquluzadə); Tərlandan məktub aldığı üçün sakitləşdi
QIZIŞMA
QIZIŞMIŞ

Digər lüğətlərdə