QIŞLAMAQ

f. Qışı bir yerdə keçirmək. Qoyunlar aranda qışladı.
– Qaçarlar isti yerlərə tamam quşlar ol zaman; Bizimlə qışlayar fəqət dolaşa, sərçə, sağsağan. A.Səhhət.
[Pinəçi Qafar:] Bu qışı burada qışlamasam, mədarım keçməz. S.S.Axundov.

Antonimlər (əks mənalı sözlər)

  • QIŞLAMAQ QIŞLAMAQ – YAYLAMAQ Bu qış burada qışlamasan, madarım keçməz (S.S.Axundov); İbrahim əmi bu yayı yaylaqda yaylamışdır
QIŞLAMA
QIŞLIQ

Digər lüğətlərdə