1. Ölüləri basdırmaq üçün qəbir qazan adam.
Ay qəbirqazanlar; gedin ev tikin! Bu qəmli dərədə [“Qurd ağzı”nda] plan ki, yoxdur.
2. zool. Qəbirləri eşib qazıyan bir cücü, həşərat.
// Kaftar, goreşən, sırtlan.
3. məc. Ölüm gətirən, məhv edən, məhvini hazırlayan.
Beləliklə, … burjua quruluşu, “Manifestin” dili ilə desək, öz qəbirqazanlarını doğurmuşdur.