1. Rənglənmiş, rəng çəkilmiş; boyalı. Rəngli pəncərə.
– Binanın adına layiq işıqlı bir şey vardısa, o da təzəcə salınmış rəngli qapısı idi.
2. Müxtəlifrəngli, rəngarəng, rəngbərəng, əlvan.
Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi.
[Müəllim] [Tapdığa] bir qutu rəngli karandaş gətirmişdi.
3. Rəng bildirən sifətlərdən sonra gələrək əşyanın həmin rəngdə olduğunu bildirir. Qırmızı rəngli bayraq. Qara rəngli parça.
– Yadıma yurdumun çölü, çəməni; Suyu zümrüd rəngli göllərim gəlir!