SÖYMƏK

f. Nalayiq, pis, ədəbsiz sözlərlə təhqir etmək.
Kişi evə qayıdıb götürür dəyənəyi və arvadına bir-iki çəkib başlayır söyməyə. C.Məmmədquluzadə.
[Əhməd:] Əlbəttə, adam kasıb olanda onu söyərlər də, döyərlər də. Ə.Haqverdiyev.

// Pisləmək, danlamaq, kəskin sözlərlə məzəmmətləmək. Geridə qaldığımız üçün bizi söyürlər.
– Səlim öz sadəliyinə zaman-zaman çox söymüşdü. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖYMƏK danlamaq — məzəmmətləmək

Antonimlər (əks mənalı sözlər)

  • SÖYMƏK SÖYMƏK – TƏRİFLƏMƏK – Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən də, tərifləyəcəksən də, sənin işindir (Ə

Etimologiya

  • SÖYMƏK Söyləmək kəlməsi ilə qohumdur, “söz”lə əlaqəsi var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SÖYMƏ
SÖYÜD

Digər lüğətlərdə