1. Susma, danışmama, dinməmə.
// Sakitlik.
Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi…
Gör nələr danışır o qərib sükut; Bəli, sükutun da öz dili vardır.
□ Sükut etmək – dinməmək, danışmamaq, susmaq.
Heç yazmayım, dedim, istəyim söndü; Qələm sükut etdi, könlüm düşündü.
Bəxtiyar-bəxtiyar açılar səhər; Dünya sükut edib səni dinləyər; Sən danışanda.
Sükuta dalmaq (batmaq), sükuta qərq olmaq – bax sükut etmək.
Dostlar … gözlərini bir-birinə zilləyib, sükuta daldılar.
Birdən-birə aləm sükuta dalır.
Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət.
Sükuta getmək – bir müddət danışmamaq, dinməmək, səsini çıxarmamaq.
Cənnətəlinin … məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər.
Sükutu pozmaq – danışmağa başlamaq, sakitliyi pozmaq.
Kənarda dayanıb deyilənlərə qulaq asan Mürsəl sükutu pozdu.
Müəllim sükutu pozdu.
2. Aram, rahatlıq.
Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var.