SIĞAL

is. [ ər. seyqəl]
1. Bir şeyin üzərinə əlini yavaş-yavaş gəzdirmək və ya ona xəfif-xəfif toxundurmaqla öz sevgisini, nəvazişini göstərmə.
□ Sığal çəkmək məc. – oxşamaq, tumarlamaq, sığallamaq.
Meh sığal çəkən zaman aqronomun telinə; Bir ovuc torpaq aldı o, fərəhlə əlinə. M.Rahim.
Dağların küləyi, bağların mehi; İncik ruhumuza bir sığal çəkir. B.Vahabzadə.

2. Cila, süs, bəzək.
□ Sığal vermək (vurmaq, çəkmək) – bəzək, süs vermək, yaraşıq üçün saçlarına, üst-başına səliqəli görkəm vermək.
Canan sığal vurub çıxır otaqdan; Nə gözəl yaraşır bu gediş ona. S.Vurğun.
O, fikrində bu məsələni vuruşdurduğu zaman Qərənfil Nərgizə sığal verdi. Ə.Vəliyev.
Gözə sürmə, tellərinə sığal çək; Sənə heyran olub çəmən, gül, çiçək. A.Şəmşir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SIĞAL cila — süs — bəzək
  • SIĞAL tumar
SIĞA
SIĞALLAMA

Digər lüğətlərdə