SƏRİLMƏK₁

f.
1. Əl və ayaqlarını açıb uzanmaq. Divana sərilmək. Xalça üstünə sərilmək.
– Qucağı uşaqlı arvadlardan bir neçəsi özündən gedib, qarın üstünə sərilmişdi. Çəmənzəminli.
Hər ikisi yumşaq otların üzərinə sərildilər. H.Nəzərli.

// Yerə dəymək, yıxılmaq.
Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Ə.Haqverdiyev.
Məsmə … [Seyidi] bütün qüvvətilə özündən o tərəfə itələyir.
Kor Seyid üzü üstə yerə sərilir. S.Hüseyn.

// Düşüb qalmaq, yıxılıb qalmaq.
Yaxınlaşanda [İmamverdi] gördü ki, bir uşaq hərəkətsiz yerə sərilibdir. S.S.Axundov.

2. məch. Salınmaq, döşənmək.
Usta Ağabala… pəncərənin qabağında sərilmiş ( f.sif. ) fitələr üstə hənalanıb yatmış iki kişini süzdü. Çəmənzəminli.
Sobanın yanında Tellinin yatağı sərilmişdi. S.Hüseyn.

3. məch. Qurumaq üçün ip, məftil, ağac və s. üzərinə salınmaq, asılmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRİLMƏK 1. SƏRİLMƏK, DÖŞƏNMƏK, SALINMAQ 2. sərilmək bax uzanmaq 1 3. sərilmək bax yıxılmaq 1
  • SƏRİLMƏK asılmaq
  • SƏRİLMƏK salmaq — döşənmək — uzanmaq — yıxılmaq — yayılmaq
SƏRİLMƏ₁
SƏRİLMƏK₂

Digər lüğətlərdə