SANBƏY
SANİYƏ
OBASTAN VİKİ
Mülazimi sani
Mülazimi sani (osman. ملازم ثانی)) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə. Mülazimi sani rütbəsi 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Nəcmi Sani
Əmir Yar Əhməd Xuzani İsfahani — Səfəvilər dövlətinin vəkili. Daha çox Nəcmi Sani (İkinci Nəcm) ləqəbi ilə tanınırdı. İsfahanda doğulmuşdu. Xuzanilər nəslindən idi. == Vəkilliyi == 1510-cu ildə vəkil təyin olunmuşdur. 1512-ci ildə Şeybanilərə hücuma keçmişdi. İsgəndər bəy Münşi bu hadisəni belə nəql edir:Bəlx hüduduna gəlib-çatan Əmir Nəcm Humayun şahın əmri və işarəsi olmadan Mavəraünnəhri tutmaq fikrinə düşdü, Herat hakimi Hüseyn bəy Lələ, Xorasanın əzəmətli əmirləri və Bəlx hakimi Bayram xanla Amuyə çayını keçdi. Hısar tərəfdən də Məhəmməd Babur Mirzə özünü ona çatdıraraq qızılbaş qoşununa qoşuldu. Onlar əvvəlcə Hərar, sonrasa Qərşi qalalarını aldılar. Qərşidə Əmir Nəcm qətliam hökmünü verdi və orada Şeyxəm Mirzə Özbək və on beş min nəfər əsgər və rəiyyət qətl olundu.
Sani Abaça
Sani Abaça (20 sentyabr 1943[…] – 8 iyun 1998[…]) — Nigeriya dövlət xadimi, dövlət başçısı, Müvəqqəti Hakim Şurasının sədri, 1993-cü ilin noyabrından Federal İcraiyyə Şurasının (hökumət) sədri, 1990-cı ilin noyabrından isə Müdafiə Naziri. 1987-ci ildə general-leytenant olmuşdur. == Həyatı == Hərbi təhsilini Birləşmiş Krallıq və ABŞ-da almışdır. 1983-cü və 1985-ci illərdə hərbi çevrilişlərin hazırlanmasında iştirak etmişdir. 1990-cı ildən müdafiə naziri, 1992-ci ildən Nigeriyanın vitse-prezidenti. 1993-cü ildən onun təşkil etdiyi çevrilişdən sonra Müvəqqəti Hakim Şurasının və Federal İcraiyyə Şurasının sədri olmuşdur.
Məhəmməd bin Sani Al Sani
Şeyx Məhəmməd bin Sani Al Samir (ərəb. محمد بن ثاني‎; tam adı: ərəb. محمد بن ثاني بن محمد آل ثامر‎ Məhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğlu. == Həyatı == Şeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub. Onun digər qardaşıları bunlardır: Şeyx Samir bin Sani bin Məhəmməd Al Samir Şeyx Eyd bin Sani bin Məhəmməd Al Samir Şeyx Əli bin Sani bin Məhəmməd Al Samir Şeyx Əhməd bin Sani bin Məhhəmməd Al Samir Uzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi.
Nəcmi-i-Sani
Nəcm-i-Sani sülaləsi (həmçinin Najam-es-Sani olaraq yazılır) — Hindistanda hökmranlıq edən müsəlman sülaləsi idi. Aşağıdaklar İmperator Aurangzebin (1658-1707-ci illər ) vəziri olan Nəvab Əli Quli Xan Bahadur tərəfindən təsis edilmişdir. Banganapallenin ilk Nəvab sülaləsi, (1665-dən 1769-a qədər) Masulipatamın Nəvabları, (1731-dən əvvəl - 1883-dən sonra) Cambay Dövləti.
Süleyman Sani Axundov
Süleyman Sani Axundov (3 oktyabr 1875, Şuşa – 29 mart 1939, Bakı) – Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanı (1932). Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüşdür. == Həyatı == Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür. Süleyman Sani Axundov 1885–1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır. Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilmişdir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilmişdir.
Süleyman Sani Axundovun evi
Süleyman Sani Axundovun evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış evi. Culfalar məhəlləsində yerləşir. XVIII əsrin memarlıq abidəsidir. Sani təxəllüslü — Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanı (1932) Süleyman Sani Rzaqulu bəy oğlu Axundovun yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır. == Tarixi == Süleyman Sani Axundovun evi Şuşa şəhərində Culfalar məhəlləsində, hal-hazırda Əbdülkərim bəy Mehmandarov küçəsində yerləşir. Bina XVIII əsrdə inşa edilib. Süleyman Sani Rzaqulu bəy oğlu Axundov Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanıdır (1932). Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüş yazıçı 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. Ev şəhərin Culfalar məhəlləsində yerləşir.
Hamad bin Xəlifə Al-Sani
Həməd bin Xəlifə Al Sani, Həməd bin Xəlifə Al Tani (ərəb. حمد بن خليفة آل ثاني‎; 1 yanvar 1952, Doha) — Qətər əmiri (1995–2013). == Həyatı == 1952 –ci ildə Doha şəhərində anadan olmuşdur. İbtidai, orta və ali təhsilini Qətərdə almışdır. Böyük Britaniyanın Sent Herst hərbi akademiyasında təhsilini davam etdirmişdir. 1971 –ci ildə Birləşmiş Krallığın Sent Herst hərbi akademiyasını bitirmişdir. 1971 – ci ildə Qətər Silahlı Qüvvələrində kapitan rütbəsində İlk Qətər polkunun komandiri təyin edilərək, sonradan mayor rütbəsinə qədər yüksəlmiş, Qətər ümumsilahlı Qüvvələrinin komandanı olmuşdur. 1977-ci il 31 may tarixində Müdafiə Naziri vəzifəsinə təyin edilərək, eyni zamanda Vəliəhd taxtına yüksəlmişdir. Ali Məclisin Planlaşdırma işləri üzrə Rəisi təyin edilmişdir. 1979-1991 – ci illərdə Ali Məclisin Gənclər üzrə şöbəsinin fəaliyyətinə, həmçinin müxtəlif idman və gənclər klublarının fəaliyyətinə himayədarlıq etmişdir.
Həməd bin Xəlifə Al Sani

Məhəmməd bin Sani Al Samir
Şeyx Məhəmməd bin Sani Al Samir (ərəb. محمد بن ثاني‎; tam adı: ərəb. محمد بن ثاني بن محمد آل ثامر‎ Məhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğlu. == Həyatı == Şeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub. Onun digər qardaşıları bunlardır: Şeyx Samir bin Sani bin Məhəmməd Al Samir Şeyx Eyd bin Sani bin Məhəmməd Al Samir Şeyx Əli bin Sani bin Məhəmməd Al Samir Şeyx Əhməd bin Sani bin Məhhəmməd Al Samir Uzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi.
Feriki sani
Feriki sani (Osmanlı dili: فریق ثانی) və ya qısaca (Osmanlı dili: فریق), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və Feriki əvvəl rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general-leytenant ilə general-mayor hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Feriki sani rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Şəhid Sani
Şeyx Zeynuddin ibn Əli Amili (ərəb. زين الدين بن علي الجبعي العاملي‎; 1506 – 1558) — "Şəhidi Sani" ("İkinci şəhid") ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, digər islam məzhəblərinin fiqhi barəsində də kamil biliyə malik olmuşdur, Konstantinopolda sair məzhəblərin fiqhindən dərs demişdir. Şəhid Sani Məkkədə tutularaq Osmanlı hökumətinin mərkəzinə aparılanda 965 və ya 966-cı (h.q.) ildə yol əsnasında şəhid edilmişdir. == Həyatı == İmamiyyə alimlərindən bir neçəsi "şəhid" ləqəbi ilə tanınır və sıralanır. Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Əli Şami Amili 911-ci hicri qəməri ili şəvval ayının 13-də Livanın Cəbəl-Amil məntəqəsinin kəndlərindən biri olan Cəbə’də elm və təqva ailəsində dünyaya gəlmişdir. == Ailəsi == Atası “Nurəddin Əli” Cəbəl Amil alimlərindən olmuşdur. Onun altıncı əcdadı (Saleh) Əllamə Hillinin tələbəsi olub. Görünür, o, əslən Tus şəhərinə mənsub olub.
Al Sani sülaləsi
Al Sani sülaləsi — 1971-ci ildən bu günədək Qətər əmirliyində hakimiyyətdə olan sülalə. == Tarixi == Al Sani sülaləsi Bəni Təmim ərəb qəbiləsinə məxsusdur. XVIII əsrdə Nəcddən Qətərə köçmüşdülər. Bəhreyn şeyxlərinin hakimiyyəti dövründə Doha şəhərində məskunlaşırlar. 1850-ci ildə Şeyx Al Sani hakimiyyətini Dohada və ətraf qəbilələr üzərinə genişləndirə bilir. Tezliklə Al Sani sülaləsi bütün Qətərdə hakimiyyəti ələ keçirir. 1868-ci ildə Bəhreyndən başqa bütün ölkələr Məhəmməd bin Sani Al Saninin müstəqil Qətər Əmirliyini tanıyıb. Həmin il, Şeyx Məhəmməd bin Sani Al Sani Böyük Britaniya ilə müqavilə imzalayır. Qətərin xarici siyasətdə Böyük Britaniyadan asılı vəziyyətə düşür. 1871-ci ildə Şeyx Məhəmməd bin Sani Osmanlı imperiyasından və Doha bəylərbəyliyindən titul alır.
Sədi Sani Qarabaği
Sədi Sani Qarabaği (1854, Cinli – 1879, Amasya) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Sədi Ocaqqulu oğlu Sani 1854-cü ildə Qarabağın Cavanşir qəzasının Cinli kəndində doğulmuşdur. Təhsilini Şuşada və Türkiyənin Amasiya şəharində Hacı Mir Həmzə Seyid Nigarinin yanında almışdır. "Məclisi-fəramuşan" şairləri xüsusilə Həsənəli xan Qaradaği ilə yaxınlıq və dostluq etmişdir. Klassik üslubda, Azərbaycan və fars dillərində yazmış, bədii irsinin bir hissəsi qalmışdır. İtedadlı və məhsuldar şaır Sadi Sani 25 yaşında, 1879-cu ildə vəfat etmişdir.
Şah Abbas Sani
II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır. Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir.
Həməd ibn Xəlifə Sani
Həməd bin Xəlifə Al Sani, Həməd bin Xəlifə Al Tani (ərəb. حمد بن خليفة آل ثاني‎; 1 yanvar 1952, Doha) — Qətər əmiri (1995–2013). == Həyatı == 1952 –ci ildə Doha şəhərində anadan olmuşdur. İbtidai, orta və ali təhsilini Qətərdə almışdır. Böyük Britaniyanın Sent Herst hərbi akademiyasında təhsilini davam etdirmişdir. 1971 –ci ildə Birləşmiş Krallığın Sent Herst hərbi akademiyasını bitirmişdir. 1971 – ci ildə Qətər Silahlı Qüvvələrində kapitan rütbəsində İlk Qətər polkunun komandiri təyin edilərək, sonradan mayor rütbəsinə qədər yüksəlmiş, Qətər ümumsilahlı Qüvvələrinin komandanı olmuşdur. 1977-ci il 31 may tarixində Müdafiə Naziri vəzifəsinə təyin edilərək, eyni zamanda Vəliəhd taxtına yüksəlmişdir. Ali Məclisin Planlaşdırma işləri üzrə Rəisi təyin edilmişdir. 1979-1991 – ci illərdə Ali Məclisin Gənclər üzrə şöbəsinin fəaliyyətinə, həmçinin müxtəlif idman və gənclər klublarının fəaliyyətinə himayədarlıq etmişdir.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Təmim bin Həməd Al Sani
Şeyx Təmin bin Həməd Al Sani — (ərəb. تميم بن حمد آل ثاني‎; 3 iyun 1980, Doha) — Qətər əmiri. Al Sani sülaləsinin 7-ci əmiri. keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü, ikinci arvadı Moza bint Nasir əl-Misnəddən olan ikinci oğlu == Gəncliyi və təhsili == Təmim bin Həməd 3 iyun 1980-ci ildə Qətər əmirliyinin paytaxtı Doha şəhərində anadan olmuşdur. O, Şeyx Həməd bin Xəlifə Al Saninin dördüncü oğlu, ikinci arvadı Şeyxa Moza bint Nasir əl-Misnəddən olan ikinci oğludur. Təmim bin Həməd Al Sani, Böyük Britaniyanın Dorset şəhərindəki Şerborn Beynəlxalq Kollecində və Harrov məktəbində təhsil alıb. 1997-ci ildə burdakı təhsilini bitirib Kral Hərbi Akademiyasına daxil olur və 1998-ci ildə zabit kimi buranı bitirir. == Karyerası == Qətər Silahlı Qüvvələrini ikinci leytenant kimi bitirir. 2003-cü ilin avqustun 5-ində onun böyük qardaşı Şeyx Casimin vəliəhdlikdən imtina etməsi ilə o, Qətər taxt-tacına varis oldu. Həmin vaxtdan etibarən o öz üzərinə çalışmaya başlayır, təhlükəsizlik və iqtisadiyyatla bağlı mövzuları daha dərindən öyrənməyə çalışır.
Hacıkərim Saniyev
Hacı Kərim Sanıyev (tam adı: Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev; 1878, Qazax – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim. == Həyatı == Hacı Kərim Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən (indiki Çaylı) kəndində anadan olmuşdur. Bəy nəslindən olan atası Kərbəlayi Hüseynin Kiçik Qafqazın ətəklərində, Pir dağının güneyində, habelə Kürün sağ sahilində, Ceyrançöldə qoyun-quzu yataqları olub. Digər bir mənbədə isə çoban ailəsində anadan olduğu qeyd olunmuşdur. Atası Kərbəlayı Hüseyn varlı mülkədarların mal-qarasının otarar, ailəsini böyük ehtiyac içərisində dolandırarmış. === Təhsili === Hacı Kərim Sanılı ibtidai təhsilini 1886–1893-cü illərdə kənd mollaxanasında almışdır. O, kiçik yaşlarından iti hafizəsi, dərrakəsi, hazırcavablığı ilə seçilmişdir. Ona görə də dayısı Əbdülrəhman ağa 13 −14 yaşlı Hacı Kərimi oxutmaq arzusunda olduğunu bildirərək onu özünə şagird götürmək istəyən aşığa verməmişdir. O, 1893–1898-ci illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, orada Firidun bəy Köçərli ilə tanış olmuşdur. Hacı Kərim Sanılı bəy nəslindən olduğuna görə seminariyaya çox çətinliklə, dayısının köməyi ilə qəbul olmuşdu.
Koma 0,1 saniyədə (film, 2007)
== Məzmun == Filmdə üç dostun başına gələn məzəli və fantastik əhvalatlar əks etdirilir. == Film haqqında == Filmin əvvəlindəki titrlərdə Aytən rolunun ifaçısı Fatimə Fətəliyeva kimi, sonunda isə Göyçək Fatimə kimi göstərilmişdir. Filmdə "Qraf" adlı it çəkilmişdir. Filmdə "Taksi 3", "Yura dövrünün parkı", "Şrek", "Terminator 2", "Troya", "Zəng 2", "Matriks", "Conni inqliş", "Terminator 3", "Qladiator", "Dum", "Rezident Evil", "Buz dövrü", "Titanik", "Donni darko", "Cəsur ürək", "Qadın ətri", "Missiya mümkün deyil", "Ruh", "Ölümcül döyüş", "Hörümçək adam 2", "Üzüklərin hökmdarı", "Geniş qapanmış gözlərlə" filmlərindəki musiqilərdən istifadə olunmuşdur. Filmdə "Titanik" filminin sonuncu səhnəsindən istifadə olunmuşdur. Çəkiliş zamanı xəsarət alan olmamışdır.
Kub metr saniyə
Kub metr saniyə, (simvolu m³/san) — adətən mayelərin və qazların həcmlərinin ölçmək üçün istifadə edilən Sİ-in törəmə vahidi. Maddələrin həcmlərinin, çayların axması və başqa ölçmələrdə təyin olunur.
Metr bölünsün saniyə
m/s Hərəkətdə olan hər hansı bir şeyin saniyədə getdiyi yolun uzunluğunun metrlə ifadəsi, sürət vahidi. Başqa sözlə, hər hansı bir hərəkətdə olan varlığın hər saniyədə getdiyi yolu metrlə göstərən kəmiyyət ifadəsidir.
Sanidin
Sanidin — mineral, kalium çöl şpatının (K, Na) [AlSi3O8] monoklinik modifikasiyası. Sanidin tərkibində kalium komponentinin miqdarı 38–100 mol % arasında dəyişir, lakin təbii sanidin bu miqdar adətən 67%-dən çox olur. CaO miqdarı 1,5%-ə qədər, qalan komponentlərin (Va, Fe3+, Rb, Mg, Li, Ti) miqdarı 1%-dən azdır. Şüşəli, şəffaflıq ikiləşmə çox vaxt karlsbad qanunu üzrə, bəzən baven və manebax qanunları üzrə. Pertit cücərtiləri olmur; −2V=15–500. Turş tərkibli effuzivlərdə, bəzən isə hipabissal süxurlarda. Cavan kaynozoy süxurların izotop yaşını (kalium-arqon üsulu), qədim süxurların yaşını (rubidium-stronsium üsulu) təyinində istifadə edilir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Saninşan Dağı Milli Parkı
Saninşan Dağı Milli Parkı - Çində yerləşən milli park. 2008-ci ildə Dünya irsi siyahısına düşmüşdür. == Haqqında == Saqinqşan Dağı Milli Parkı Şanxayın cənubundakı Yianqxi bölgəsində yerləşir. Park qranit təpə və sütunlardan ibarət olan möhtəşəm mənzərələrə sahibdir. Bölgədə bir çox şəlalə, göl və su hövzəsi vardır. Sıx daş kütlələri içində meşə və varlıqları təhlükədə olan nadir bitkilərə rast gəlmək mümkündür. Mənzərə meteoroloji dəyişikliklərə əsasən dəyişməkdədir.
Sanitar
Sanitar tibb praktikasında köməkçi funksiyaları yerinə yetirən kiçik tibb işçisidir. Sanitar kimi işləmək tibbi təhsili tələb etmir, ancaq görülən işlərdən asılı olaraq kurslar, qısa hazırlıq və ya digər təlim şəklində ilkin hazırlıq tələb oluna bilər. Məcazi mənada sanitar təmizləyici deməkdir. == Fəaliyyətlər == Sanitarların ümumi vəzifələrinə aşağıdakılar daxildir: binaların sanitar və gigiyenik baxımdan qorunması, o cümlədən cari və son dezinfeksiya aparılması; tibbi alətlər və xəstələrə qulluq alətlərinin sterilizasiyası xəstələrə qayğı göstərmək, onları daşımaq, alt paltarları və yataq dəstləri vermək və dəyişdirmək, tibb bacıları və həkimləri xəstələrin vəziyyətindəki dəyişikliklər barədə məlumatlandırmaq; prosedurların və manipulyasiyaların aparılmasında tibb bacılarına yardım etmək Əlavə funksiyalar ixtisaslaşmış bölmələrin (radiologiya şöbəsi, meyitxana və s.) İşçiləri üçün mümkündür. Hərbi xidmətdə sanitarlar döyüş bölgəsində ilk tibbi yardım göstərmək və yaralıları təxliyə etmək məsuliyyət daşıyırlar. == Təcrübə == Sanitarlar yüksək təcrübə və qabiliyyətə sahib olan səhiyyə komandasının vacib üzvləridir. Peşə ilə məşğul olmaq üçün geniş sağlamlıq təhsili tələb olunmasa da, çevik və yaxşı ünsiyyət bacarıqları ümumiyyətlə tələb olunandır. Bədən mexanikası, qidalanma, anatomiya və fiziologiya və zehni sağlamlıq problemləri, infeksiya nəzarəti, fərdi qulluq bacarıqları və uçot qaydaları kimi sahələrdə rəsmi təhsil və ya iş yerində təlim alırlar.
Sanitar aviasiya
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. == Tarixi == Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. == Hava Təcili Yardım == Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Sanitar aviasiyası

Sanitar nəqliyyatı
Sanitar nəqliyyatı — xəstələrin dinc şəraitdə daşınması üçün xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış, əhali üçün müalicə, profilaktik və müalicə-evakuasiya xidmətləri, müharibə dövründə isə yaralıların və xəstələrin təxliyəsi üçün hazırlanmış nəqliyyat vasitəsidir. Sülh dövründə daşınma və ya müharibə zamanı evakuasiya edilmiş yaralılar, xəstələr tibbi heyət tərəfindən müşayiət olunur , tibb müəssisəsinə daşındıqda qayğı göstərilir, habelə yerində və hərəkət zamanı sanitar nəqliyyatında təcili tibbi tədbirlər və manipulyasiyalar aparmaq mümkündür. Bu məqsədlər üçün sanitar nəqliyyat vasitələri lazımi avadanlıqlarla, tibbi və sanitariya vasitələri ilə təchiz edilmişdir. == Növlər == Sanitar nəqliyyat vasitələrini fərqləndirir: torpaq (atlı, avtomobil, dəmir yolu), su (çay və dəniz) - xəstəxana gəmisi, hava (təyyarələr, vertolyotlar) - təcili yardım təyyarələri, sanitar aviasiya.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. == Rusiya == 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. == Malta Suveren Hərbi Ordeni == Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing. MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Senecio saniensis
Senecio saniensis (lat. Senecio saniensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Su hövzələrinin sanitariya mühafizəsi
Su hövzələrinin sanitariya mühafizəsi – içməli su mənbələrinin çirklənmədən qoruyan qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. Su hövzələrinin sanitariya mühafizəsi barədə ilk dövlət qanunu 19-cu əsrin 70-ci illərində B.Britaniyada, 90-cı illərdə isə Fransada həyata keçirilmişdir. SHSM-də ciddi rejimli və məhdudlaşdırılmış sanitariya mühafizəsi zonası müəyyənləşdirilmişdir. Birinci zonaya su götürülən yer və su kəmərinin baş qurğuları aiddir; bura hasara alınır, sahəsi yaşıllaşdırılır, qorunur və tikinti işləri qadağan edilir. İkinci zonaya su təchizatı mənbəyinə təsir göstərə bilən sahə aiddir. Çayın sahili 150-200 m enində yaşıllaşdırılır və sanitariya rejimi gözlənilir. Su hövzələrinin sanitariya mühafizəsində sanitariya-epidemioloji stansiyalar nəzarət edir. == Su hövzəsinin özü-özünə çirklənməsi == Parçalanan ölü maddələrlə çirklənməsi. Su hövzəsinin özü-özünə çirklənməsi yosunların kütləvi parçalanması (əsasən göy-yaşıl yosunların) nəticəsində baş verir. Su mühiti bu zaman nəinki ölü üzvi maddələrlə zənginləşir, həm də mürəkkəb molekulyar strukturlu zəhərli maddələrin ayrılması nəticəsində zəhərlənir, heyvan və insanlar üçün təhlükəli olur.

Digər lüğətlərdə