SARSIDICI

sif.
1. Çox güclü, çox ağır, dağıdıcı, məhvedici. Sarsıdıcı zərbə endirmək.
– Sarsıdıcı zərbə altında dayanmayan düşmən təyyarələri geri qaçırdı. S.Rəhimov.

2. məc. Çox təsirli, çox həyəcanlı, çox güclü, adamı sarsıdan. Sarsıdıcı mənzərə. Sarsıdıcı hadisə.
– Mahrunun gətirdiyi xəbər sarsıdıcı bir xəbər idi. M.S.Ordubadi.
Rəisin sözləri həkim üçün nə qədər gözlənilməzdisə, bir o qədər də sarsıdıcı idi. Ə.Vəliyev.

SARSAQLIQ
SARSILMA

Digər lüğətlərdə