SİÇOVUL

is. zool. Siçanaoxşarlar fəsiləsindən, siçandan iri, uzun, xallı quyruğu olan boz rəngli gəmirici.
[Adamlar Laləşova dedilər:] Tüklü bir siçovul kimi [kooperativdə] şəkər taylarını gəmirmisən! S.Rəhimov.
[Saran:] İnsanlardan qorxum yoxdur.
Mən qızılları siçovullardan gizlədirəm… M.Hüseyn.

Etimologiya

  • SİÇOVUL Güman olunur ki, siçanlayu (siçana oxşar) sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SİÇANQUYRUĞU
SİDİK

Digər lüğətlərdə