SİLİB-SÜPÜRMƏK

f.
1. Süpürgə, əsgi və s. ilə bir yeri silmək, süpürmək, təmizləmək.
Dükançıların bir çoxu öz dükanlarının qabağını silib-süpürürdü. P.Makulu.
[Bəyim xala] gündə iki-üç yol həyətimizi silibsüpürür. İ.Hüseynov.

2. məc. Özü ilə yığıb aparmaq, götürüb aparmaq, heç bir şey qoymamaq.
[Xəlil:] Zalım qızı otaqları elə silib-süpürüb aparıbdır ki, kağız-kuğuzdan savayı bir şey qalmayıbdır. N.Vəzirov.
[Yusif:] Əşi, birdən elə sel gəlir ki, az qalır Sultanbud meşəsini silibsüpürüb apara. B.Bayramov.

SİLİB-SÜPÜRMƏ
SİLİKÁT

Digər lüğətlərdə