1. Qurulmuş bir şeyi uçurtmaq, dağıtmaq, yıxmaq. Hasarı sökmək. Köhnə evi söküb təzəsini tikdilər.
– Bir neçə yerdə əli belli və kürəkli kişilər uçuq damların daşını və torpağını sökməkdə idilər.
Kəblə İsrafil iki atlını evin dalında qoymuşdu ki, Bəndalı damı söküb arxadan qaçmasın.
// Qurulu bir şeyi hissələrinə ayırmaq. Maşını sökmək. Cihazı sökmək.
2. Tikişini açmaq.
Döşəyini söküb paketi yunların arasına soxdu.
3. Xam torpağı işləmək, açmaq, qaldırmaq.
[Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür.
Kotan yeri sökən kimi, Nəcəfalı qarda şırım aça-aça getdi.
4. İşıqlaşmaq, işıqlaşmağa başlamaq; işıqlandırmaq.
Oyadır səhər-səhər; Quşlar məni yuxudan; Elə bil ki, mənimçin; Yenə sökür qızıl dan.
Sarımtıl fişəng işığı yanvar gecəsinin qatı qaranlığını sökərək, yuxarı qalxdıqca zülmət seyrəlir.
5. məc. Parçalamaq, dağıtmaq, məhv etmək (bu mənada bəzən “söküb-dağıtmaq” şəklində işlənir).
Zahirdi qəmzənin cigər sökməyi; Can almağı, nahaq qanlar tökməyi.
[Qız:] Vərəm ciyərlərimi sökübdağıtdıqca qüvvədən düşdüm.