SƏĞİR

is. [ ər. ] köhn.
1. Azyaşlı, kiçik, balaca, həddi-büluğa çatmamış uşaq.
Pişvazə çıxıb səğirü kəbir; Ucalır ərşə naleyi-təkbir. S.Ə.Şirvani.
[Molla Zaman:] [Həmidin] xoşbəxtliyi ondadır ki, səğirdir. Ə.Haqverdiyev.

2. Həddi-büluğa çatmamış və qəyyuma möhtac olan yetim.
Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin var-yoxuna, puluna və mülkünə sahib olub Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏĞİR səğir bax yetim
SƏFRA
SƏHƏNG

Digər lüğətlərdə