1. Ağız suyunu, bəlğəmi, tüpürcəyi və s.-ni ağzından rədd etmək, atmaq.
2. Tüpürüm (tüpürəsən) şəklində – bir şeyə, ya şəxsə qarşı tam etinasızlığı, laqeydliyi, saymazlığı ifadə etmək üçün işlədilir.
◊ Tüpürdüyünü yalamaq – əvvəl dediyi sözdən, verdiyi vəddən, razı olduğu bir şeydən, əvvəlki qərarından imtina etmək; sözünün üstündə durmamaq, sözündən qaçmaq.
Dabanına tüpürmək – bax daban.