TƏƏSSÜB

is. [ ər. ]
1. Bir fikrə, əqidəyə, məsləkə kor-koranə bağlanıb, başqalarına kin və ədavət bəsləmə; qeyrətkeşlik, fanatizm.
Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər. M.S.Ordubadi.

2. Qeyrət, namus.
Həqiqi şair … gərəkdir öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə. F.Köçərli.
[Qəmər:] [Züleyxa] özgə qızı da olsa, yenə təəssübü sənin üstünə gələcək. M.İbrahimov.

□ Təəssüb çəkmək – qeyrət çəkmək, namusunu qorumaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏƏSSÜB təəssüb bax 1. qeyrətkeş; 2. namus

Etimologiya

  • TƏƏSSÜB Ərəb mənşəlidir, “tərəfdarlıq” deməkdir. Təəssübkeş də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏƏRRÜZ
TƏƏSSÜBKEŞ
OBASTAN VİKİ
Təəssübkeşlik
Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır. “Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır. Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb.

Digər lüğətlərdə