TƏDARÜK

is. [ ər. ] Bir şeyi qabaqcadan hazırlama; bir işi görmək üçün əvvəlcədən hazırlıq görmə; hazırlıq, ehtiyat. Yun tədarükü. Heyvanlar üçün yem tədarükü.
// Həmin şeylərin özü.
Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev.
□ Tədarük etmək (görmək) – (qabaqcadan) hazırlamaq, hazırlıq görmək, ehtiyat görmək.
[Əmir:] Mürəxxəssiniz, gedin, qoşun tədarük edin. Ü.Hacıbəyov.
[İmamverdi:] Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır. S.S.Axundov;

// hazırlaşmaq, hazırlıq görmək.
[Kəblə Rəcəbəli:] Çox gözəl! Axşam üçün tədarük görərik. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏDARÜK tədarük bax ehtiyat
  • TƏDARÜK hazırlıq — ehtiyat
TƏCRÜBİ
TƏDARÜKÇÜ

Digər lüğətlərdə