TƏDBİRLİ sif. Tədbirlə iş görən, ehtiyatlı, işini bilən, ağıllı. [Seyid:] Bax, indi gör ki, mən necə tədbirli şəxsəm. Ə.Haqverdiyev. Ona elə gəldi ki, qarşısında çox ağıllı, tədbirli … bir adam dayanmışdı. B.Bayramov.