TƏHRİRİ

sif.zərf [ ər. ] Yazılı, yazılmış surətdə (şifahi əksi). Təhriri cavab. Təhriri surətdə.
– Dəmirov yol barəsində tərtib etdiyi təhriri məruzəni çıxarıb, yenə sədrə təqdim etdi. S.Rəhimov.
Katib Cəmilin yazdığı təhriri məlumata bir də nəzər salıb başını qaldırdı. Q.İlkin.

// Zərf mənasında. Təhriri danışmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏHRİRİ yazılı
  • TƏHRİRİ təhriri bax yazılı
TƏHRİR
TƏHSİL
OBASTAN VİKİ
Təhriri-Öqlidis
Təhriri-Öqlidis (ərəb. تحریر اقلیدس‎; Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. “Təhriri-Öqledis” kitabı ilk dəfə 1594-cü ildə Romanın “Mediçi” mətbəəsində ərəbcə nəşr edilib. “Təhriri-Öqlidis” 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur. Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda "Ulduz" nəşriyyatında çap olunmuşdur. Zic-Elxani Euclid. Kitāb Taḥrīr uṣūl li-Ūqlīdis.

Digər lüğətlərdə