1. Təzə işə keçərkən və ya işdən çıxarkən tapşırılmış işi, vəzifəni, şeyi başqa adama vermə.
[Nüsrət:] Toğrul, sən işləri təhvil al!
Beş gündən sonra Tərlanov işi təhvil verib, Teymuru yanına çağırdı.
// Öz əməyinin nəticəsini, məhsulunu istifadə olunmaq üçün lazımi yerə və ya şəxsə vermə.
[Əmrulla:] [Qüdrət] pyesi qurtarıbdır, gətirdi təhvil versin.
[Yusif Həsrətə:] O barədə işimiz pis deyil. Şahmar taxıl təhvilində iştirak eləyir.
2. Hicri-şəmsi təqvimində köhnə ilin qurtarıb yeni ilin daxil olması.
[Əliməmməd Vaqifə:] …Hələ il təhvil olmamışdır, dəstəyə bir saat qalanda olacaq.
Təbil və şeypur səsləri ilin təhvil olduğunu Təbriz xalqına bildirdi.