is. [
ər. ]
1. Bitmə, qurtarma, sona çatma, bitirmə.
□ Tamam etmək (eləmək) –
1) qurtarmaq, bitirmək, axıra çatdırmaq, tamamlamaq.
Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər çay içməyə. Ə.Haqverdiyev.
[Əsəd:] Oxudum, dərsimi tamam etdim. C.Cabbarlı;
2) məc. öldürmək, canını almaq.
Tamam olmaq –
1) qurtarmaq, bitmək, tamamlanmaq.
Artıq Əlyar xanın ov dəstgahı tamam olmuşdu. Ə.Məmmədxanlı.
İnsan dünyaya gəlir; Doqquz ay tamam olcaq. B.Vahabzadə;
2) məc. ölmək, keçinmək.
Qulamhüseyn nökər başına çalıb deyirdi: – Ağam tamam oldu, qapımız bağlandı. M.S.Ordubadi.
2. Tamamilə, bütünlüklə, büsbütün.
Otaqda adam xarici aləmi, sükutu, soyuğu tamam unudur. Mir Cəlal.
…Eldar birdən ürəyinin sirrini tamam açmaqdan çəkinib, söhbəti dəyişmək istəyirmiş kimi, nəğməni kəsdi. M.Rzaquluzadə.
3. Bütün, hamısı.
Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Ə.Haqverdiyev.
Bu iki ilin ərzində Səlim tamam işlərini düzəltdi. İ.Musabəyov.
4. bax
tam1 2-ci mənada.
…Bu işin üstündən tamam üç il keçdi. E.Sultanov.
Tamam beş gün beş gecə idi ki, gərgin mübarizə gedirdi. S.Rəhimov.
// Saatda dəqiqəni deyil, düz, tam saatı göstərir.
Tramvay yolunun üzərində bulunan elektrik saatını gecə saat iki tamamı göstərirdi. S.Hüseyn.
Saat on iki tamamda katib … direktorun gəldiyini söylədi. B.Bayramov.