TAXI-DANCER

n amer. peşəkar tərəfmüqabil (rəqs etmək üzrə)

TAXI
TAXI-DRIVER
OBASTAN VİKİ
Yandex.Taxi
Yandex.Taxi — Rusiya, MDB, Şərqi Avropa, Afrika və Yaxın Şərqdə sürücülük və qida texnologiyası sahəsində ixtisaslaşmış Rusiyanın İT şirkəti Yandex tərəfindən hazırlanmış və taksi sifarişinə xüsusi önəm verən bir tətbiqdir. Yandex.Taxi Rusiya, Belarusiya, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Serbiya, İsrail, Fil Dişi Sahili, Finlandiya, Qana və Rumıniyanın 300-dən çox böyük şəhərində aktiv şəkildə fəaliyyət göstərir. Son beş ölkədə Yango adlı bir marka altında fəaliyyət göstərir. Xidmət yarandığı gündən bəri 36 milyondan çox insan tərəfindən istifadə edilmişdir. 2018-ci ilin sentyabr ayından sistemdə 700 mindən çox sürücü qeydiyyatdan keçib. Yandex.Taxi 2018-ci ilin dekabr ayından etibarən qida çatdırılması üçün Rusiyada Yandex Eats adı altında istifadəçilərə xidmət göstərir. == Tarix == Yandex.Taxi ilk dəfə 2011-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində 11 taksi dayanacağı və 1000 sürücüsü ilə fəaliyyətə başladı. Xidmət ilk dəfə işə salındıqda Android və iOS telefonları üçün mobil tətbiq kimi təqdim edildi və vebsayt 28 iyun 2012-ci ildə istifadəyə verildi. 2012-ci ildən etibarən Yandex.Taxi özü tərəfindən edilən taksi zəngləri üçün komissiya almağa başladı. Tigran Khudaverdyan, Yandex.Taxi xidmətini 2014-cü ildə öz üzərinə götürdü.