1. Alaqaranlıqdan, hava açılmamışdan, sübh erkəndən. Tezdən tarlaya getmək.
– …Məmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çıxdı, bir həyəti dolandı.
[Züleyxa] tezdən qulluqçusunu ayağa qaldırdı.
2. Vaxtından əvvəl, qabaq, tez.
Gülsənəm arvad tezdən yatmadığına sevinirdi.