Totalitarizm qurbanlarına memorial abidə
Totalitarizm qurbanlarına memorial abidə — 17 iyun 2000-ci ildə Ukrayna və Polşa prezidentlərinin təşəbbüsü ilə Xarkov meşə parkında açılmış memorial abidə. Abidə Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra güllələnmiş əsir polyak zabitlərinə və yerli dinc sakinlərə həsr olunub.
Abidə XDİK tərəfindən 1938-1940-cı illərdə güllələnmiş və meşənin ərazisində qardaşlıq məzarlığında dəfn edilmiş, polşalı hərbiçilərin adları əks olunmuş lövhələrdən və onların qarşısında yerləşən Virtuti militari xaçından ibarətdir. Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra bu meşədə 3809 polşalı zabit və 500 polşalı dinc sakin güllələnmişdir.
2010-cu ildə abidənin açılışının 10 illiyi münasibətilə Polşanın prezidenti Bronislav Komorovski Xarkova gəlmiş və abidəni ziyarət etmişdir.
Doqquz qüllə
Kədər maskası
Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə
İ.Aleksandrova - Nə qədər ki sağıq xatırlayacağıq (ukr. Покуда живы — будем помнить) // Слобода. — 2000. — 23 iyun.
Y. Soldatenko - Ümumi tarixin, ümumi talenin simvolu (ukr.