TƏBRİK

is. [ ər. ] Xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi gözaydınlığı. Təbrik məktubu.
[Qulamrza:] Bu gün hər yerdə təbriklə qarşılanmışam. Çəmənzəminli.
… İranın hər tərəfində yaşayan azərbaycanlılar firqənin müqəddəs məramını alqışlayır, minlərlə məktub və təbrik teleqramları göndərirlər. M.İbrahimov.

□ Təbrik etmək – xoş xəbər, sevindirici hadisə, bayram və s. münasibətilə yazılı və ya şifahi olaraq birinə gözaydınlığı vermək.
Komissar əvvəlcə [döyüşçüləri] təbrik etdi. Mir Cəlal.
[Mirpaşa Sevincə:] Saray açılanda sizi fəhlələr, bütün rayon təbrik edəcək. Z.Xəlil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏBRİK salam
  • TƏBRİK gözaydınlığı — mübarəkbadlıq
  • TƏBRİK 1. TƏBRİK [Qulamrza:] Bu gün hər yerdə təbriklə qarşılaşmışam (Çəmənzəminli); GÖZAYDINLIĞI Qumral: Biz ki evimizə çatdıq, qohum-qardaş, qonşular xəbər
TƏBLİĞATÇILIQ
TƏBRİKLƏMƏ
OBASTAN VİKİ
Təbriknamə
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.

Digər lüğətlərdə