TƏŞƏXXÜS

[ ər. ] is.
1. Lovğalıq, təkəbbür; özünü çəkmə, iddia satma.
[Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaralının köhnə paltarını geyinibdir. S.M.Qənizadə.
Ancaq gənclik təşəxxüsü, lovğalıq [Polada] mane olur. Ə.Vəliyev.

□ Təşəxxüs etmək – lovğalanmaq.
[Aşıq Vəli:] Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! N.Vəzirov.

2. Təşəxxüslə şəklində zərf – lovğalanaraq, lovğalıqla, lovğalana-lovğalana, lovğa-lovğa.
Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə apardı. Ə.Haqverdiyev.
Məni görən kimi yerindən qalxdı; Hərif təşəxxüslə baxdı, nə baxdı! S.Vurğun.

◊ Təşəxxüs satmaq – lovğalanmaq, təşəxxüslənmək.
İndi qələmnən təşəxxüs satmaq vaxtı deyil! C.Məmmədquluzadə.
[Əhməd] …əgər Nabat xala təşəxxüs satıb, çox iddia edərsə, nişanlısından da əl çəkə bilməsini mümkün görürdü. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏŞƏXXÜS təşəxxüs bax lovğalıq
  • TƏŞƏXXÜS lovğalıq — təkəbbür — qürur — iddia — dikbaşlıq
TƏŞƏBBÜSKARLIQ
TƏŞƏXXÜSLƏNMƏ

Digər lüğətlərdə