UCABOY sif. Boyu uca, boylu-buxunlu, qədd-qamətli. Ucaboy oğlan. Ucaboy qadın. – [Əmi] ucaboy, gərdənli, qarasaqqal, xoşsima bir kişi idi. N.Nərimanov. Sona xala kişi təbiətli, ucaqamətli … bir qadın idi. S.S.Axundov.