UCUZLAŞMAQ

f. Daha ucuz olmaq, qiyməti enmək. Bazarda meyvə çox ucuzlaşmışdır.
[Xalası Adilə:] Xala qurban, deyəsən, bazarda çörək ucuzlaşıb? B.Bayramov.

// məc. Qiymətdən düşmək, əhəmiyyətini itirmək; hörmətdən düşmək.

Antonimlər (əks mənalı sözlər)

  • UCUZLAŞMAQ UCUZLAŞMAQ – BAHALAŞMAQ Şirindir sənətin, şerin neməti; Lakin ucuzlaşmış onun qiyməti (S.Vurğun); Xarici ölkələrdə qiymətlər günü-gündən bahalaşır
UCUZLAŞMA
UCUZLU

Digər lüğətlərdə