UZAQDAN-UZAĞA

zərf
1. Uzaq məsafədən, uzaqdan, yaxında olmadığı halda. Uzaqdan-uzağa tamaşa etmək.
– Tapdıq uzaqdanuzağa dənizə baxmışdı. Ə.Əbülhəsən.

2. məc. Uzaqdan, bilavasitə təmasda olmadan, kənardan; bilmədiyi, tanımadığı halda. Uzaqdan-uzağa hökm vermək olmaz. Uzaqdan-uzağa fikir söyləmək çətindir.
– Tikinti kontorunun müdiri Ağarza Rəşid ilə uzaqdan-uzağa tanış idi. Mir Cəlal.
Həyatda isə [Odunçuoğlu] uzaqdan-uzağa sevdiyi qıza bəzən aylarla rast gələ bilmir, onu gün işığında gördüyünü xatırlamırdı. Ə.Məmmədxanlı.
[Camal:] Uzaqdan-uzağa adam haqqında bu qədər şey bilmək olar? M.Süleymanov.

UZAQBAŞI
UZAQGÖRƏN

Digər lüğətlərdə