VƏTƏNPƏRƏST
VƏTƏNPƏRVƏRANƏ
OBASTAN VİKİ
Ruanda Vətənpərvər Cəbhəsi
Ruanda Vətənpərvər Cəbhəsi (RVC) — həm hutu, həm tutsi nümayəndələrindən ibarət hərbi-siyasi təşkilat. 1988-ci ildə mühacirlər tərəfindən Uqandada qurulan bu təşkilat, bütün qonşu ölkələrdə sürgün edilmiş tutsi və mülayim hutu millətlərindən kadrlar toplayırdı. Liderləri Pol Kaqame sayılır. 2 oktyabr 1990-cı ildə RVC Ruanda hökumətinə qarşı hərbi əməliyyat başlatdı, cəbhənin 500 silahlı birləşmə üzvləri sərhədi keçdilər. 1990, 7 oktyabr — sayca üstün və ağır silahlanmış hökumət qüvvələri əks-hücuma başladılar. Oktyabr ayının sonlarında silahlı birləşmə üzvləri Uqandaya çəkilməli oldular. 1991, 23 yanvar — RVC bölmələrinin Ruhengeri şəhərinə basqını və Ruanda ordusunun əsas qüvvələrinin gəlməsindən əvvəl geri çəkilməsi. 1993-cü ildə hərbi əməliyyatların dayandırılmış və dövlət idarəsindəki vəzifələrin bölünməsi barədə müqavilə imzalandı, ancaq hər iki tərəf buna yalnız nominal yanaşmış və dəfələrlə sabotaj edirdi. 1994, 7 aprel — Ruandada soyqırımın başlanmasına cavab olaraq RVC təxminən 25 min nəfərlə hücuma keçdi. 1994, 4 iyul — RVC qoşunları paytaxta daxil oldu.
Laos Vətənpərvər Cəbhəsi
Patet Lao (laos ປະເທດລາວ, Pa thēt Lāo, hərf. Lao milləti), rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur. Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir. "Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" (laos Neo Lao Hak Xat) adlı siyasi qanadı 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur.
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı
Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger; türk. Yurtsever Devrimci Gençlik Hareket, abr. YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu. Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan təşkilat 2006-cı ildə təsis edilmişdir. Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi. Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniya və fahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi. YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı
"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal. "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər. == Təltif edilən şəxslər == "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təltif edir. == Taxılma qaydası == "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi metal lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfinin mərkəzində hər iki tərəfdən çevrə boyunca palıd yarpaqları ilə haşiyələnmiş nişangah, nişangahın üzərində iki çarpaz qılınc, qılıncların yuxarı iti ucları arasında təyyarə qanadları, təyyarə qanadlarının mərkəzində paraşüt, qılıncların kəsişmə nöqtəsindən aşağıda gəmi lövbəri təsvir edilmiş kompozisiya həkk olunur. Aşağı hissədə səkkizguşəli ulduz həkk olunmaqla soldan sağa doğru qövs boyunca "HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılır. Bütün yazılar və təsvirlər qabarıqdır. === Medalın arxa tərəfi === Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində medalın seriyası və nömrəsi həkk olunur.
Vətənpərvərlik
Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənmişdir. Amerika və Fransa burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi ideologiya ilə əlaqələndirilmiş və "millət" anlayışı ilə eyniləşdirilmşdir. Sonralar vətənpərvərlik yeni dövlətlərin, milli və milli-azadlıq hərəkətlərinin yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşmışdır. Tarix boyu vətənpərvərlik mühüm rol oynamışdır. İnsaniyyətin əleyhinə olan dar düşüncəli qrup marağını ifadə edən mütləq vətənpərvərlik şovinizmə daha yaxındır.
Vətənpərvərlər
Vətənpərvərlər (ing. Patriots Jet Team) Amerika Birləşmiş Ştatlarının qərbində hava şouları ilə çıxış edən mülki aerobatika komandasıdır. Şou zamanı 6 ədəd Aero L-39 Albatros təyyarəsi istifadə olunur. Komandanın bazası Kaliforniyada yerləşir. Komanda 2003-cü ildə iki L-39 təyyarəsi ilə uçuş nümayişlərinə başladı. 2004-cü ilin hava şousu mövsümündə komandaya üçüncü L-39 əlavə edildi. 2006-cı ildə daha bir təyyarə əlavə olundu. 2010-cu ildə təyyarələrin sayı 6-ya çatdırıldı. Komanda 25-dən çox könüllüdən ibarət texniki heyət tərəfindən dəstəklənir. Pilotlardan bəziləri Mavi Mələklər, Thunderbirds, Snowbirds kimi məşhur aerobatika eskadronlarının köhnə pilotlarıdır.
Vətənpərvərlərin İctimai Partiyası
Vətənpərvərlərin İctimai Partiyası (yap. 愛国公党) - Yaponiyanın ilk siyasi partiyasıdır. Partiya sağ liberalizmə sadiq olmuşdur. Vətənpərvərlərin İctimai Partiyası 1874-ci ildə yaradılmışdır. 1890-cı ildə Yaponiya Liberal Partiyası ilə birrləşmişdir. 1873-ci il hökumət nümayəndələri İtaqaki Taysuke, Soyeşima Taneomi, Qoto Şyociro və Eto Simpey müxalifətə keçərək hökumətə petisiya göndərirlər. Burada ümumxalq parlamentinin çağılma istəyi bildirilirdi. 12 yanvar 1874 ildə hərəkat tərəfdarları «Xoşbəxtlik və Çiçəklənmə» şirkətinin Tokionun Hinca taronunda yerləşən binasında toplantı keçirirlər. Burada partiyanın platforması və bəyanmaməsi qəbul edilir. Partiyanın yaradılma səbəbi xalqla hökumət arasında əlaqələrin təşkilini nəzərfə tuturdu.
Bet-Nəhrin Vətənpərvərlər Birliyi
Bet-Nəhrin Vətənpərvərlər Birliyi (ərəb. الاتحاد الوطني بيت نهرين‎) — 1996-cı ildə İraqın Süleymaniyyə bölgəsində davronoye hərəkatının bir hissəsi olaraq qurulan aysor siyasi partiyası. 2003-cü il İraq müharibəsindən bəri partiyanın ölkədəki seçkilərdə iştirak etməsinə baxmayaraq, heç vaxt deputat mandatı qazana bilməmişdir.

Digər lüğətlərdə