1. Bir şəxsin ölümündən sonra, yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun var və mülkünə sahib olan adam; vərəsə, xələf.
□ Varis olmaq – varislik yolu ilə sahib olmaq, yiyələnmək.
2. İrs olaraq ata-anasından, nəslindən bir xassə, bir şey almış adam və ya heyvan. Təbiətdə irsiyyətin xüsusiyyəti miras və varisdə olduğunun eynidir. “Ümumi zootexniya”.
3. məc. Bir işi davam etdirən; davametdirici, davamçı. Təyyarəçi olmaq, yəni döyüş ənənələrinin varisi və davametdiricisi olmaq böyük şərəfə nail olmaq deməkdir.