VARMAQ

f.
1. Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq.
İstərəm kim, varayım kuyinə yüz qovğa ilən. Kişvəri.
Leyli onun olsun, eylədim əhd; Var, indi sən et əlacına cəhd. Füzuli.
Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə. M.V.Vidadi.
Səba, var, kuyidildarə söylə kim, növbahar olmuş. Heyran xanım.
□ Varıb getmək – çıxıb getmək, rədd olmaq.
Ellik, yerbəyerdən qalxıb dedilər: – Güloğlan, sazını vur qoltuğuna, var get. Aşıq Qərib”.

2. Nəticələnmək, müncər olmaq, nəhayətlənmək, çatmaq.
[Gülüş:] Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz, sən özün görərsən. C.Cabbarlı.

3. məc. Dalmaq, qərq olmaq, getmək.
Gəl duraq yanaşı, xəyala varaq; Bizə layla desin suların səsi. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VARMAQ getmək — yetişmək — çatmaq
  • VARMAQ dalmaq — getmək
  • VARMAQ varmaq bax getmək 1; çatmaq I 1

Antonimlər (əks mənalı sözlər)

  • VARMAQ VARMAQ – GƏLMƏK Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə (M.V.Vidadi); Sabahı fasilə zamanı Gülər bizim sinfə gəldi (M
VARMA
VARNA

Digər lüğətlərdə