VURĞU₁

is.
1. Vuruş, zərbə.
Yan alan gəmilərin vurğusundan qorumaq üçün əsasın qabaq hissəsində xüsusi qoruyucu qoyulur. Quliyev.
Günəş şüalarından düzgün istifadə etmədikdə, dərinin yanması, ümumi əzginlik, Günəş vurğusu kimi hallar baş verə bilər. Babayev.

// Vurma.
Bir əsər yaranır hər düşüncədən; Hər qəlb vuruşunun öz mənası var. S.Vurğun.
Döyüşlərə çağırır saatların vurğusu. S.Rüstəm.

2. dan. İflic, beyinə qan vurma.
3. məc. Afət, bəla.
[Nəsib əmi:] Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi, vurğudu, qarğışdı, nədi bilmirəm! Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VURĞU vuruş — zərbə
  • VURĞU afət — bəla

Omonimlər

  • VURĞU VURĞU I is. Döyünmə, vurma. Bir əsər yaranır hər düşüncədən; Hər qəlb vurğusunun öz mənası var (S.Vurğun)
VURDURMAQ
VURĞU₂

Digər lüğətlərdə