Hüseynbala Məmmədov

Vikipediya saytından
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:41, 13 oktyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Hüseynbala Məmmədov
Hüseynbala Cəfərqulu oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Dərbənd, Rusiya imperiyası
Vəfat tarixi ?

Hüseynbala Cəfərqulu oğlu Məmmədov (d.22 oktyabr 1899, Dərbənd - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

1917-ci ildə Dərbənd realnı məktəbini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Bonn Ali Kənd Təsərrüfatı Məktəbinə (Almaniya) göndərilir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.