Dirəklər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
kənd
Dirəklər
40°47′01″ şm. e. 43°57′15″ ş. u.
Ölkə  Ermənistan
Region [[Şörəyel mahalı]]
Rayon [[Düzkənd rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.570 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 851 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Dirəklər xəritədə
Dirəklər
Dirəklər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dirəklər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]

Tarixi

Rayon mərkəzindən 10 km şərqdə yerləşir.

1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dirəkli[3], Qafqazın 5 verstlik xəritəsində Dirəklər kimi[4] qeyd edilmişdir.

Toponim qədim tereklər (dirəklər) türk tayfasının adı əsasında əmələ gəlmişdir. Tereklər (direklər) XIII-XIV əcrlərdə Anadolu yarımadasında yaşamışlar[5].

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karnut qoyulmuşdur.

Əhalisi

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-30-cu illərdə Türkiyədən köçürülmüşdür.

İllər 1831 1897 1926 1939 1959 1970 1979 2001 2004
Əhali sayı 151 965 1149 1136 783 719 667 992 965

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.135
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.86
  5. Mirmahmudova S. Ermənistanda türk mənşəli yer adları, Bakı, «Yazıçı», 1995 s.53

Xarici keçidlər