Göyçay çayı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Göyçay
Ölkə  Azərbaycan
Rayonlar
Mənsəbi Türyançay
Uzunluğu 115 km
Su sərfi 12,9 m³/s
Su sistemi Kür
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 1770 km²

GöyçayKürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay,UcarZərdab rayonları ərazisindən axır.

Ümumi məlumat

Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir.

Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur. Asılı gətirmələr sərfi 35,0 kq/san və ya orta hesabla bir ildə Şirvan düzü-nə 1 milyon tona qədər lil aparır. Orta lillənməsi isə 2700 q/kub m-dir. Aprel-iyun aylarında asılı gətirmələrin 45–65%-i, sentyabr-oktyabrda isə 15–30%-i keçir.

Göyçayın suyu hidrokarbonatlı-kalsiumlu olmaqla, 250–500 mq/l minerallaşmaya malikdir. Çay Şirvan düzünə çıxdıqdan sonra bir sıra qollara ayrılır və suvarma işlərinə məsrəf olunur. Çayın suyu yay aylarında əkin sahələrinin tələbatını ödəmədiyinə görə Nohur-Qışlaq su anbarının suyu xüsusi kanallar vasitəsilə çaya axıdılır. Göyçay şəhəri çayın suyu ilə təchiz olunur.

İvanovka kəndi yaxınlığında çayın üzərində HES tikilmişdir.

Göyçay çayının məcrası 2000-ci illərin əvvəllərindək 3–4 metr, bəzi yerlərdə 5–6 metr dərinliyində olmuşdur[1].

Körpülər

Çayı üzərində ilk avtomobil körpüsü 1947-ci ildə tikilmişdir.[1] Həmin körpü 2002-ci ilədək tab gətirmişdir. Belə ki, körpünün dayaqlarını, istinad laylarını su yumamışdır.[1] Lakin TIR-lar peyda olandan, ağır tonnajlı avtomobillər həmin dəmir konstruksiyalı körpünü qəzalı vəziyyətə saldıqdan sonra 2003-cü ildə ona paralel yeni körpü inşa edilib istifadəyə verilmişdir.[1] Mütəxəssislərə görə həmin tikilmiş, 2018-ci ildə uçmuşdur.[1]

İstinadlar

Həmçinin bax

Mənbə