Coqasçay

CoğazçayAğstafaçayın sol qoludur. Qazax rayonundan axır.

Coqasçay
azərb. Coğasçay
Ölkələr
Rayon
Mənbəyi Ermənistan
 • Yüksəkliyi 2000 m
Mənsəbi Ağstafaçay çayı
Uzunluğu 60 km
Su sərfi 0,90 m³/san
Su sistemi Ağstafaçay/Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 520 km²

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 60 km, hövzəsinin sahəsi 520 km²-dir. Mənbəyi Ermənistan ərazisindən (2000 m) başlayır. Axımı əsasən yağış (48%), yeraltı (36%), qismən də qar (10%) sularından əmələ gəlir. Yaz-yay.aylarında yağış suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 50-65%-i axıdılır.

Çayın orta illik su sərfi 0,90 kub m/san-dir. Bunun 48%-i yaz, 32%-i yay, 12%-i payız, 8%-i isə qışda keçir. İntensiv suvarma dövründə illik axımının 14-15%-i axıdılır, Orta illik asılı gətirmələr sərfi 0,18 kq/san, suyunun lillənməsi isə 200 q/kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşmaya (300-500 mq/l) malikdir.