Qarğabazarı, Qarğabazar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzidən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[2]Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1965-ci il tarixli Fərmanı ilə kəndin adı dəyişdirilərək Haykaşen edilmişdir.[3][4]1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. "Kitabi-Dədə Qorqud" eposunda Dərəşam toponimi ilə səslənir. XIX əsrdə Alagöz dağının ətəyində Qaraşam adlı kənd vardı. Ərəb dilində qəryə "kənd" və şam (əsli ərəbcə) "qamışlıq" sözlərindən ibarətdir.[5]
Qarğabazarı | |
---|---|
40°04′22″ şm. e. 44°18′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Kənddə 1873-cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904-cü ildə 688 nəfər, 1914-cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919-cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır[6]. 1919-cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri 1948–1949-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. Kənddə 1946–47-ci illərdə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Qargabazarı kəndində 1918-ci ildə 790 nəfər yaşamışdır. Erməni daşnaq birləşmələri kəndi yerlə-yeksan etmiş, dagıdıb talamış, əhalisini amansızlıqla qırmışlar. Kənd bir neçə il xaraba qalmışdır. 1922-ci ildə 182 nəfər gəlib kəndi bərpa etməyə çalışmışlar. Tədricən azərbaycanlı əhali sıxışdırılıb, onlar 1948-ci ildə Sabirabadın Həşimxanlı kəndinə köçmüşlər.[7]
Toponim qarğa türk etnoniminə "alış-veriş yeri" mənasında işlənən bazar sözünün artırılması ilə əmələ gəlib "qarğa tayfasının alış-veriş yeri" mənasını ifadə edir "…bazar sözü mürakkəb toponimlərin tərkibində tayfa adı kimi işləndikdə toponimik adın I komponenti, "alver, ticarət yeri" mənasında işləndikdə isə onun II komponenti yerində işlənir[8][9]