XƏRİFLƏMƏK

f. Qocalıqdan başı xarab olmaq, beyni kütləşmək, səfehləmək.
Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi. S.Hüseyn.
[Arvad:] Ay kişi, xərifləmisən nədi? Hanı bizim yağımız, düyümüz ki, plov da bişirəm. “M.N.lətif.”
// Sarsaqlamaq, sərsəmləmək.
Aşıq Cəlal oyandığını bildirməyəcəkdi, amma düşünəcəkdi ki, ey gidi dünya, nəhayət, mənim ustadım da xəriflədimi? Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏRİFLƏMƏK səfehləşmək — sərsəmləşmək — gicləşmək
  • XƏRİFLƏMƏK kütləşmək — matıxmaq
XƏRİFLƏMƏ
XƏRİFLİK

Digər lüğətlərdə